Hipermarketə hücum zamanı güllə yarası alan şəxsin vəziyyəti qənaətbəxşdir

  • By admin
  • 04 Mart 2023 21:01

Bakıda hipermarketə hücum zamanı güllə yarası alan şəxs əməliyyat edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib.

 

Belə ki, 1990-ci il təvəllüdlü Şeydayev Ruslan Samir oğlu döş qəfəsinin deşilmiş yarası diaqnozu ilə mərkəzə yerləşdirilib.

O, cərrahi əməliyyat edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.

Gununsesi.info