Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib

  • By ilhame
  • 17 Sentyabr 2023 13:31

“Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Azərbaycanın “Hirkan meşələri” nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib”.

Gununsesi.info  xəbər verir ki, bunu Azərbaycanın UNESCO-nun yanındakı nümayəndəliyi sosial şəbəkədə bildirib.

“Bu, Azərbaycanın Ümumdünya İrs Siyahısına daxil edilmiş 1-ci təbiət ərazisidir”, – nümayəndəlik diqqətə çatdırıb.

 

Gununsesi.info