“Hizbullah” ABŞ-ın Livanda hökumət qurulmasına əngəl olduğunu vurğuladı

  • By admin
  • 25 Noyabr 2019 17:55

Livanın “Hizbullah” hərəkatının Baş katibinin müavini Şeyx Naim Qasim ABŞ-ın Livanda yeni hökumətin qurulmasına gizli şəkildə mane olduğunu bildirib.

 

Gununsesi.org Eastnews -a istinadla xəbər verir ki, Şeyx Naim Qasim vurğulayıb ki, ABŞ-ın əsas məqsədi Livanda özünə sadiq hökumət qurmaqdır.

 

“Hizbullah” rəsmisi diqqətə çatdırıb ki, Livandakı siyasi qüvvələr buna mane olacaq və ABŞ-ın planları puç olacaq.

 

“Bunun üçün də ixtilafları kənara qoymalıyıq. Bu gün əsas vəzifəmiz birgə olub ölkəni uçurumdan xilas etməkdir”, – deyə Şeyx Naim Qasim qeyd edib.

 

Qeyd edək ki, bir çox dünya ölkələri “Hizbullah”ı terror təşkilatı, bəziləri isə qurtuluş hərəkatı kimi tanıyır.

Gununsesi.org