“Hizbullah” bir gündə İsrailə qarşı 10 hərbi əməliyyat keçirib

  • By ilhame
  • 11 Avqust 2024 10:31

Livanın hərbiləşdirilmiş təşkilatı “Hizbullah” 24 saat ərzində İsrail Müdafiə Qüvvələrinə qarşı 10 hərbi əməliyyat keçirib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilir.

 

Qeyd olunub ki, “Hizbullah” döyüşçüləri Livan-İsrail sərhədindəki vizual nəzarət sistemlərinə və İsrail ordusunun dörd bölük dayaq məntəqəsinə hücum ediblər.

 

Bundan başqa İsrail hərbçilərinin Tel-Şaar bölgəsində və Səfad şəhərinin cənub-qərbində yerləşən hərbi logistik bazaları pilotsuz uçan aparat ilə hücuma məruz qalıb.

Gununsesi.info