Livan ərazisindən İsrailə çox sayda raket zərbələri endirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Bildirilib ki, Hizbullah qüvvələri Təl-Əviv, Tira və Haşaron şəhərlərini hədəf seçib.
Raketlərdən birinin Tira şəhərində yaşayış binasına düşdüyü vurğulanıb. Nəticədə 11 nəfər xəsarət alıb.
***
İsrail polisinin məlumatına görə, Tirada yaşayış binasının vurulması nəticəsində yaralananların sayı 19-a çatıb.