![](https://www.gununsesi.info/wp-content/uploads/2024/08/332d52be24d6a78e3cf54c721e04a1c8.webp)
Livan Hizbullah qruplaşmasının rəhbəri Həsən Nəsrullah Fuad Şükrün dəfn mərasimində qisas almağa çağırıb.
Gununsesi.info “The Guardian” -a istinadən xəbər verir ki, Şükr və HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin ölümündən sonra İsraillə münaqişə yeni mərhələyə qədəm qoyub.
Nəsrullah hesab edir ki, İsrailin hərəkətləri Yaxın Şərqi regional müharibəyə sürükləmək təhlükəsi yaradır. O, onların qisasını alacağına söz verib: “Düşmən və düşmənin arxasında olanlar bizim qaçılmaz cavabımızı gözləməlidirlər… Siz hansı qırmızı xətləri keçdiyinizi bilmirsiniz”, – deyə Nəsrullah İsrail və ABŞ-ı nəzərdə tutaraq bildirib.
Bundan əvvəl HƏMAS lideri Haniyənin İranın paytaxtı Tehranda atışmaların qurbanı olduğu bildirilib.
Zərbə birbaşa onun iqamətgahına dəyib. Siyasi Büro rəhbərinin mühafizəçilərindən biri də dünyasını dəyişib.
Fələstin hərəkatının nümayəndələri Haniyənin ölümünü rəsmən təsdiqləyib və onun ölümündə İsraili günahlandırıblar.
Şəbnəm
Gununsesi.info