“Hizbullah”ın İsrail ərazisinə 20 pilotsuz uçuş aparatı (PUA) göndərdiyi və 200-dən çox raket atdığı bildirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, “Hizbullah” şimal sərhədindəki İsrail hərbi bazalarına hücumlar həyata keçirib.
İsrail ordusunun Hizbullahın yüksək səviyyəli səhra komandiri Məhəmməd Nime Nasser və üzvlərindən birinin öldürüldüyü Livanın cənubundakı Tir şəhərinə hücumundan bir gün sonra Hizbullah 20 İHA göndərib və İsrail ərazisinə təxminən 200 raket atıb.
İlkin təsbitlərə görə, Akkada bir ticarət mərkəzinə ziyan dəyib, can itkisi və xəsarət alan olmayıb.
Digər tərəfdən, hücuma görə bölgədə genişmiqyaslı yanğının başladığı bildirilib.
İsrail ordusundan verilən açıqlamaya görə, Livan sərhədində də əks-hücumlar həyata keçirilib.
Ceyhun
Gununsesi.info