
İranın dəstəyi ilə fəaliyyət göstərən Livanın Hizbullah hərbi-siyasi təskilatı Qəzzada müharibənin başlamasından bəri ilk dəfə olaraq #İsrailin hərbi bazasına “Fələq-1” raketi atdığını açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İran istehsalı olan bu raketin buraxılması mediada geniş əks-səda doğurub.
Hizbullah yanvarın 26-da yaydığı açıqlamada sözügedən raket hücumunun hədəfində İsrailə məxsus hərbi hissənin olduğunu bildirib.
Məlumatlara görə, Hizbullah bu tip raketlərdən ilk dəfə 2006-cı ildə istifadə edib.
Qeyd olunub ki, “Fələq-1” raketi 240 mm çaplı, 10,5 km uçuş məsafəsinə malikdir və qəlpəsiz güclü #partlayıcı başlıqlar daşıyır.
Gununsesi.info