Hizbullahdan HƏMAS liderinin öldürülməsinə “cavab” verildi

  • By ilhame
  • 06 Yanvar 2024 22:52

Livanın silahlı qruplaşması Hizbullah HƏMAS lideri Saleh əl-Arurinin Beyrutda öldürülməsindən sonra Meron hava bazasını hədəfə aldığını bildirib.

 

Gununsesi.info bu barədə xarici KİV-ə istinadən xəbər verir.

 

Belə ki, Hizbullah bu həftə Beyrutda Həmas liderinin öldürülməsinə “ilkin cavab” olaraq 62 raket zərbəsi ilə həyati əhəmiyyət kəsb edən İsrail hərbi postunu hədəf aldığını bildirib.

 

Gununsesi.info