Hizbullahdan İsrailə xəbərdarlıq: “Ən kiçik xəta uçuruma sürükləyər”

  • By admin
  • 26 May 2023 09:19

Hizbullahın Baş katibi Həsən nəsrullah İsrailə xəbərdarlıq edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Nəsrullah İsrailin böyük bir savaşa səbəb olacaq bir xəta edəcəyi durumda, yox olacağını bildirib.

Əl-Mənar telekanalına açıqlama verən H. Nəsrullah İsrailin Livanın cənubundan çəkilməsinin 23-cü ildönümü münasibəti ilə danışıb.

“Bizim meydanları dolduracaq yüz minlərlə savaşçımız var. Hansısa bir döyüş bütün sərhədləri içinə alar. Hansısa səhv hesablama etməyin. Ən kiçik səhv sizi yox olmağa sürükləyər”.

Hizbullah lideri İsrailin divarlar və silahların arxasında gizləndiyini ölkəiçində parçalanma yaşandığını və Fələstin xalqı ilə hansısa bir müzakirə şərtlərini diktə etdirməkdə aciz qaldığını vurğulayıb.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info