Livanın hərbi birləşməsi və siyasi partiyası “Hizbullah”ın təsir dairəsi Yaxın Şərqlə məhdudlaşmır, onların nümayəndələri bir sıra dövlətlərdə fəallıq göstərirlər. Məsələn, şəbəkənin nümayəndələri Azərbaycanda aşkar ediliblər.
Gununsesi.org RİA Novosti-yə istinadən bildirir ki, bunu jurnalistlərə brifinq zamanı Dövlət Departamentinin Terrorizmlə Mübarizə İdarəsinin koordinatoru Nathan Sayles deyib.
“Hizbullah” şəbəkəsi Yaxın Şərqlə məhdudlaşmır … “Hizbullah”ın keçmiş illərdəki fəallığı Azərbaycan, Bolqarıstan, Kipr, Nigeriya, Panama, Peru və Tailand kimi ölkələrdə ortaya çıxıb”,-deyə koordinator vurğulayıb.