“Hizbullah”la müharibə qələbəyə qədər davam edəcək

İsrailin Hizbullah ilə müharibəsi qələbəyə qədər davam edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Katz X sosial şəbəkəsindəki səhifəsində bildirib.

Bildirilir ki, İsrail Xarici İşlər Nazirliyinin rəhbəri  atəşkəs barədə xəbərləri təkzib edib.

“Qələbəyə qədər və şimal sakinləri öz evlərinə təhlükəsiz qayıdana qədər Hizbullah terror təşkilatı ilə bütün gücümüzlə mübarizə aparacağıq”, – deyə o yazıb.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu İsrail ordusuna Hizbullaha qarşı tam gücü ilə hərəkətə keçməyi əmr etmişdi.

Hökumət başçısı həmçinin qeyd edib ki, şimalda hərbi əməliyyatların zəifləməsi ilə bağlı xəbər doğru deyil.

 

 

Gununsesi.info