Hökməlidə yaşayış evində partlayış baş verdi - Bir ailənin 4 üzvü ağır yaralandı, 3 yaşlı uşaq dünyasını dəyişdi - FOTOLAR- YENİLƏNİB

  • Müəllif: admin
  • 20 Oktyabr 2016 14:17

hokmali

Abşeron rayonunda fərdi yaşayış evində partlayış baş verib.

Gununsesi.info bildirir ki, Abşeron Rayon Polis İdarəsindən  verilən xəbərə görə, hadisə gecə saatlarında Hökməli qəsəbəsində qeydə  alınıb.

Qəsəbə  sakini Müşfiq Qurbanova məxsus 2 mərtəbəli fərdi evdə baş verən partlayışa qaz sızması səbəb olub.

Nəticədə ev sahibinin 3 yaşlı övladı dünyasını dəyişib.  M.Qurbanov, onun həyat yoldaşı və daha 2 övladı isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Gecə saatlarında Hökməli qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verən partlayış nəticəsində ölən və yaralanan şəxslərin adları məlum olub.

3 yaşlı Banıçiçək Qurbanlı dünyasını dəyişib.

Evin sahibi, 44 yaşlı Müşfiq Qurbanov, onun həyat yoldaşı, 44 yaşlı Şəbruz Novruzova və övladları, 12 yaşlı Leyla Qurbanlı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

hokmali-1

hokmali-2

hokmali-3

hokmali-4

Gununsesi.info