“Hökmdar zinakar, əyyaş, “mavi” olsa belə, ona baş əyməlisən!” - VƏHABİ ŞEYXİNDƏN İYRƏNC AÇIQLAMA / VİDEO

  • By admin
  • 02 Noyabr 2019 20:37
Səudiyyə  Ərəbistanının “tanınmış” “din xadimi”, təbliğçisinin, nə olursa-olsun, hökmdara itaət etmək barədə çağırışı ölkədə qəzəb dalğası ilə qarşılanıb. 
Gununsesi.org xəbər verir ki, xarici İslam saytlarının yaydığı məlumata görə, Şeyx Abdel Əziz əl-Rayes bir müddət  öncə Mədinə şəhərində bir məsciddəki xütbəsində hökmdarın zina etdiyini və spirtli içki içdiyini bilsən belə, ona itaət edilməsinin vacib olduğunu bəyan edib. O, Allaha, Qurana zidd olan həmin iyrənc açıqlamasını Küveytli jurnalist Məhəmməd əl-Mollanın “Əl-Mollanın divanı” televiziya proqramındakı  müsahibəsində də təsdiqləyib.
“Çadırda bir fahişə ilə zina etsə və hətta kişi ilə cinsi əlaqədə olsa belə, hökmdarın ardınca getməlisən”- deyib arsız, namussuz bu  “din xadimi”…
Ar-Rayes həyasızcasına bu nəticənin elmi olduğunu və məşhur sələfi alimlərindən heç biri tərəfindən təkzib edilmədiyini bildirib:”İbn Baz, İbn Usaymin, Albani, Saleh əl-Fazzan və hər hansı digər sələfi alimi bu fikirlə mübahisə etmirlər”.
Abdel Aziz Ar-Rayes Səudiyyə Ərəbistanındakı “Madhaliya” hərəkatının məşhur şeyxlərindəndir. Cərəyan hər hansı bir hökmdara mübahisəsiz tabeçilik ideologiyası ilə tanınır.
Gununsesi.org