
Oktyabrın 4-də “Milli Fədai Hərəkatı”nın təsisçilərdən biri Fuad Muradov həbs olunub.
Gununsesi.info xəbər verir ki, ona qarşı hədə-qorxu ilə pul tələb etmək ittihamı irəli sürülüb.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hüquq-mühafizə orqanlarındakı mənbələr məlumatı təsdiqləyib.
Qeyd edək ki, Muradov vaxtaşırı müxalifət nümayəndələrini və hakimiyyətin digər tənqidçilərini təhdid edirdi.
Fuad Muradovun vəkililə əlaqə saxlamaq mümkün olmayıb.
Gununsesi.info