İranlı reper üçün ölüm hökmü verilir

  • By Mina
  • 25 Aprel 2024 11:21

İranda reperə ölüm hökmü verilib. 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İranda hökumət əleyhinə etirazlara dəstək verdiyi üçün həbs edilən reperin vəkili onun ölüm cəzasına məhkum edildiyini bildirib.

Salehinin vəkillərindən Əmir Raesian bildirib ki, müğənni ölüm hökmündən apellyasiya şikayəti verəcək.

Lakin İran rəsmiləri hələlik buna cavab verməyib.

Qeyd edək ki, iranlı reper Toomaj Salehi polis nəzarətində dünyasını dəyişən Məhsa Əmininin ölümünə etiraz aksiyalarında öz mahnıları ilə dəstəklədiyi üçün təqsirli bilinib.

Gununsesi.info