Azərbaycan Human Rights Watch, Amnesty İnternational kimi beynəlxalq təşkilatlara müraciət edib.
Gununsesi.info bildirir ki, bunu oktyabrın 27-də prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Bərdə və Tərtər şəhərlərini “Smerç” raketindən atəşə tutması ilə bağlı məlumatı şərh edərkən bildirib.
Prezident köməkçisinin qeyd etməsinə görə, həmin təşkilatlara müraciət edilib ki, onların nümayəndələri gəlsinlər, obyektiv şəkildə Ermənistanın mülki insanlara qarşı ballistik raketlərdən və kasset bombalarından istifadə etmələri hallarını yerindəcə araşdırıb, hesabatlar hazırlayaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırsınlar.