Hökümət Evində yerləşən müəssisələr tətilə buraxılıb

  • By admin
  • 17 İyun 2016 16:55

hokumet evi

İyunun 14-dan 19-dək Bakıda keçirilən “Formula-1” Avropa Qran Prisi ilə əlaqədar olaraq, Hökumət Evində yerləşən dövlət qurumlarının işçiləriə 6 günlük tətil verilib. Gununsesi.info-ya daxil olan məlumata görə Hökümət Evində yerləşən komitə və nazirliklərin əməkdaşları yarışlar zamanı əmək fəaliyyətiylə məşğul olmayacaqlar. Tətilə buraxılan əməkdaşlar iş fəaliyyətini iyunun 21-dən daavam etdirəcəklər.

HTML tutorial

Xatırladaq ki, Hökumət Evində Energetika, İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yerləşir.

Gülnaz Qənbərli