Hökumət Gənclər Fonduna ayrılan vəsaitin azalmasını problem kimi görmür - Maliyyə naziri

  • By admin
  • 16 Dekabr 2016 12:31

????????????????????????????????????

Azərbaycan hökuməti Gənclər  Fondunun  maliyyə vəsaitinin azalmasını problem kimi qiymətləndirmir.
 Gununsesi.info xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bu gün Milli Məclisdə (MM)  büdcə ilə bağlı yekun mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə,  parlamentdə bir sıra deputatlar Gənclər Fonduna  ayrılan vəsaitin  artırlmasını təklif edib.
Nazir  deyib ki, 2011-2016-cı ildə  ölkədə gənclər  siyasəti ilə bağlı 44,8 milyon manat, 2011-2015-ci illərdə  gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlən planı  və proqrmaların icrası üçün  74 milyon manat ayrılıb. 
“Bu müddət ərzində  bütün proqramlar  icra olunub və başa çatdırılıb. Ümumiyyətlə,  2011-2016-ci ildə  ölkədə gənclər siyasəti ilə bağlı 100 milyon manatdan çox vəsait ayrılıb.  Ona görə də  növbəti ildə Gənclər Fonduna 11,5 milyon manat vəsaitin ayrılması  məqbuldur və burada heç bir problem yoxdur.  Ona görə də hökumət Gənclər Fonduna ayrılan vəsaitin azalmasını problem kimi görmür”- deyə, nazir bildirib.
 Mürtəza
Gununsesi.info