
Avropa İnsan Hüquqları Məhkəməsi bu gün Azərbaycandan göndərilmiş bir neçə ərizələr üzrə qərarını açıqlayıb.
Gununsesi.info-nun xəbərinə görə, bu işlər içərisində keçmiş siyasi məhbus olmuş gənc fəal İlkin Rüstəmzadə də var.
“İlkin Rüstəmzadə Azərbaycana qarşı” şikayəti ilə bağlı işdə AİHM ərizəçinin 6-cı və 10-cu maddəsi ilə təminat altına alınan ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarının pozulmasına qərar verib.
Qərara əsasən, hökumət Rüstəmzadəyə mənəvi zərər əvəzi 12 min avro, xərc və məsrəfələrə görə 2 min 500 avro ödəməlidir.
Bu məhkəmə işində qeyd edilir ki, Rüstəmzadə 2011-ci ildə yaradılmış “Azad Gənclik” təşkilatının təsisçilərindən biri olub.
Şikayət 2013-cü ilin mayında Azərbaycanda məşhur olan “Harlem Shake” rəqsinin çəkilişində iştirak etməsinə və videonu “Youtube”a yükləməsinə görə xuliqanlıqda ittiham olunması ilə bağlıdır.
Rüstəmzadə həmin hadisələrin ardınca xuliqanlıq və cinayətə, kütləvi iğtişaşların təşkilinə hazırlıq, qanunsuz olaraq silah əldə edib daşıyan, partlayıcı maddələrə və qurğulara sahib qrupa üzvlük kimi cinayət əməllərində təqsirli bilinərək, 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.
5 illik həbs həyatından sonra İlkin Rüstəmzadə Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Mətləb
Gununsesi.info