“Yeni siyasi partiyalar haqqında” qanunun tətbiqindən sonra çoxsaylı partiyalar özünün fəaliyyətinə xitam verib.
İndiyədək hakimiyyəti dəstəkləyən bu partiyaların narazılığını önləmək üçün hökumət onlara yeni təklif verib.
Bu barədə Gununsesi.info-ya məlumatlı mənbədən daxil olan xəbərdə deyilir.
Bildirilir ki, partiyasının fəaliyyətini donduran şəxslərə Qeyri-Hökumət Təşkilatı (QHT) yaratmaq təklif olunub.
Əldə etdiyimiz məlumata görə, həmin partiyaların əksəriyyəti bunu qəbul edib.
Bildirilir ki, burada məqsəd onsuz da özləri və portfelindın ibarət olan partiya sədrlərinin dolanışıq məsələsinin həllidir. Belə ki, onlara ildə iki dəfə QHT-lərə Dövlət Dəstəyi Agentliyindən qrant verilməsi vəd olunub.
Bundan başqa həmin şəxslərə qrant üçün ayrı-ayrı nazirliklərin və fondların da qapısının açıq olduğu deyilib.
Mais
Gununsesi.info