İşğaldan azad edilən rayonlarda yurd yerlərinin kürünüb yerində standart, bir-birinə az qasla bitişik evlər tikmək böyük qayıdışı əngəlləyir.
İnsanlar 30 ildir məhz öz evlərinə qayıtmaq, öz ocaqlarını şenləndirmək istəyirlər. Onlar üçün daş-kəsək yığınına çevrilmiş evlərinin mənəvi əhəmiyyəti yeni evlərdən qat-qat üstündür.
Ötən on illiklərdə yaşlı nəslin bir hissəsi həyatdan köçüb, qalan hissəsi də ömrünün payızını yaşayır.
Öz yurd-yuvalarına qayıtmaq, orada yaşamaq istəyənlər məhz bu nəslin nümayəndələridir.
Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Ağdam, Füzuli, Şuşada doğulmayan yeni nəslin ora qayıtması problemli olacaq. Hökumətin əsas strategiyası mümkün qədər insanları işğaldan azad edilmiş bölgələrə tez köçürmək olmalıdır. Ömrü boyu, təsərrüfatla, heyvandarlıqla məşğul olmuş kəndlərdə hansısa ingilis, fransız şirkətlərinin bahalı layihələri əsasında “ağıllı” idarəetmə qurmağa qətiyyən ehtiyac yoxdur.
Dövlət o insanlara torpaq, subsidiya verməlidir, öz vəsaitlərindən istifadə etməyə, habelə bölgələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa şərait yaratmalıdır, infrastrukturu yeniləməlidir.
Artıq 3 il keçib, mən obyektiv çətinlikləri başa düşürəm, amma hazırki qayıdış konspesiyasını uğursuz hesab edirəm. Hər gün ora qayıtmaq arzusunda olan insanların ömründən, günündən gedir, hər gün onların sayı azalır.
Elçin
Gununsesi.info