Hökumətin Beynəlxalq Banka yardımı 20 milyard manata çatacaq  - EKSPERT RƏYİ

  • By admin
  • 22 Noyabr 2016 15:10

ekspert

Azərbaycan Beynəlxalq Bankının (ABB) problemli kreditlərinin həll edilməsi üçün “Aqrarkredit”ə 10 milyard manat ayrılması ictimaiyyət tərəfindən birməmalıqarşılanmadı. Belə ki,  sözügedən bankın 2016-ci ilin birinci yarısına aid  audit hesabatında bildirilir ki, Bankın problemli kreditlərinin “Aqrarkredit”ə ötürülməsinin birinci mərhələsi çərçivəsində 9,93 milyard manat həcmində problemli kreditinötürülməsi təmin edilib və hazırda ikinci mərhələnin aparılması müzakirə olunur, bu prosesin 2016-cı ilin ikinci yarısı – 2017-ci ilin birinci yarısında tamamlanmasıplanlaşdırılır.

İqtisadçı-ekspert Qulu İbrahimli  Gununsesi.info-ya bildirir ki, ötən doqquz ildəqanunvericiliyin tələblərini pozmaqla, dövlət zəmanətinin yuxarı hədlərini dövlət büdcəsi layihələrində nəzərdə tutmağı “unudan” Maliyyə Nazirliyi və aidiyyatı digər dövlət orqanlarının 2017-ci il üçün dövlət büdcəsində birdən-birə xatırlamasıBeynəlxalq Bank ilə bağlı ola bilərmi?

İqtisadçının sözlərinə görə, audit hesabatına inansaq, deməli, 2017-ci ilin dövlət büdcəsində təsdiq olunması nəzərdə tutulan 10  milyard manatlıq dövlət zəmanəti ABB-nin problemli kreditləri ilə bağlı “Azərkredit”in istiqrazları üçün ayrılır: “ Onda Beynəlxalq Banka məxsus problemli aktivlərin alınmasının və idarəedilməsinin maliyyələşdirilməsi məqsədi ilə buraxılan istiqrazların ümumi buraxılış həcmi 20 milyard manata çatacaqdır. Halbuki, qeyd olunduğu kimi, “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”nin təsdiq edilməsi haqqında AR Prezidentinin 07.08.2015-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş həminŞərtlərin 2-ci maddəsinə əsasən, ABB-nin problemli kreditləri üçün buraxılan istiqrazların ümumi həcminin yuxarı həddi 10,0 milyard manat nəzərdə tutulmuşdur. Görünür, yaxın vaxtlarda həmin Fərmanda da dəyişiklik edilərək, istiqrazların ümumi həcmi ən azı 20,0 milyard manat nəzərdə tutulacaqdır”.

 

Vüsalə Rüstəmova

Gununsesi.info