Hökumətin “Nardaran İşi”ndəki işgəncə etirafına DİN nə deyir? - REAKSİYA

  • By arzu
  • 16 Fevral 2023 17:15

Xəbər verdiyimiz kimi, Avropa İnsan Hüquqları Məhkəməsi “Nardaran İşi” ilə bağlı həbs edilən şəxslərin şikayəti üzrə qərar qəbul edib. 

Gununsesi.info xəbər verir ki, məhkəmənin qərarında həmin şəxslərin həbs olunarkən işgəncələrə məruz qalmazı və ədalətli məhkəmə araşdırması hüququndan məhrum ediləməsi göstərilib.

HTML tutorial

Qeyd edək ki, Azərbaycan hökuməti Avropa Məhkəməsi ilə iş üzrə kommunikasiya mərhələsində işgəncə faktlarını etiraf edib.

Avropa Məhkəməsinin qərarına əsasən, Azərbaycan hökuməti həmin şəxslərin hər birinə 8 min avro ödəyəcək.

Bəs görəsən, Azərbaycan hökumətinin bu etirafl haqqında Daxili İşlər Nazirliyində nə düşünürlər?

Gununsesi.info bununla bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi  Elşad Hacıyevlə əlaqə saxlayıb.

Ancaq əməkdaşımızla söhbətində Elşad Hacıyev yalnız bunları deyib: “Daxili İşlər Nazirliyinin bu məsələ ilə bağlı hər hansı bir şərhi yoxdur”.

Arzu S.

Gununsesi.info