

Hesablama Palatasının 2017-ci ilin büdcəsi ilə bağlı verdiyi rəydə ali təhsil ocaqlarının mənfəət vergisinə cəlb olunması təklifinə hökumət tərəfindən baxılmır.
Gununsesi.info xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, hökumtədə nə belə bir fikir var, nə də belə bir düzəlişə baxmaq barədə məsələ gündəmdədir. “Hesab edirik ki, adambaşına maliyyələşmə üçün ən mütərəqqi iş görülüb. Bizim ali təhsil ocaqlarının vergiyə cəlb olunması məsələsinə baxmırıq. Ancaq hesab edirik ki, böyk ali təhsil ocaqlarının inkişaf etdirlməsi məqsədi ilə onların yanında qeyri-kommersiya qurumları yardılmalıdır və onlar əldə etdiyi gəlirləri ali təhsil ocağını inkişafına yönəltməlidir. Necə ki, bir sıra xarici ölkələrdə belə praktikalar mövcuddur”– deyə, nazir vurğulayıb.
Nazir onu da əlavə edib ki, Azərbaycanda bir neçə böyük ali təhsil ocağı var və onlar koorporativ maraqlara uyğun olaraq vəsaitlərini sənmərərli, düzgün istifadə etməlidirlər.
“Bu təhsil ocaqları əldə etdiyi gəlirlər hesabına əhalinin müəyyən kateqoriyası üzrə vətəndaşlarına təhsil güzəşti tətbiq edə bilər”- deyə, nazir bildirib.
Mürtəza
Gununsesi.info