Hökumət 26 min saytı bağladı

  • By admin
  • 03 Avqust 2016 15:22

sayt

 

Qazaxstanda 26 min sayt və istinad mənbələri bağlanıb. 2016-cı ilin əvvəlindən bu günü kimi Qazaxstanda 26 min sayt və istinad mənbəyinin fəaliyyəti qadağan edilərək bağlanıb.

Gununsesi.info “Tengrinews.kz”ə istinadən xəbər verir ki, bu barədə İnformasiya və kommunikasiya nazirliyinin mətbuat katibi Arsen Bektasov deyib. Onun sözlərinə görə, ümumiyyələt 26 min 266 internet resurs və istinad mənbəyinin fəaliyyəti dayandırılıb. “Fəaliyyəti qadağan olunan saytlardan 2384-ü terrorizmi, 21 690-ı pornoqrafiyanı, 2 192-si suisidi təbliğ edən internet resrus olub. Digərləri millətlərarası münaqişəni qızışdıran, onlayn-kazino və digrə internet resurslar olub”- deyə, Bektasov vurğulayıb.

O eyni zamanda əlavə edib ki, nazirlikdə ölkədə qanunu pozan internet-rusurslar yaradanlarla bağlı məlumat toplamaq məqsədi ilə yeni bölmə yaradılacaq.

Gununsesi.info