Hökumət bahalaşmaya bu arqumentlərlə izahat verəcək

  • By admin
  • 31 Yanvar 2023 18:34

Xəbər verdiyimiz kimi, Tarif Şurası ictimai nəqliyyatda və dərman vasitələrinin qiymətində artım edib.

Gununsesi.info xəbər verir ki, istisadçı ekspert Samir Əliyev hökumət tərəfdarlarının bu artıma müxtəlif arqumentlərlə izahatı olacaq.

Ekspert daha sonra qiymət artımını əsaslandıracaq ekspertlər və deputatlar üçün tezis də irəli sürüb:

-Camaat onsuz da işə 1 manatlıq taksilərlə gedirdi, avtobusa minmirdilər

– Qiymət artımı nəticəsində yeni avtobuslar alınacaq ki, bu da sərnişinlərin təhlükəsizliyi və sağlılığı üçün çox vacibdir

– Bu artımı ayın əvvəlində minimum əmək haqqının artımı nəticəsində maaşları artmış 700 min nəfər hiss etməyəcək

– Öz kartı ilə başqasını nəqliyyata mindirmək təcrübəsinə son qoyacaq

– ABŞ-da və Avropa ölkələrində gediş haqqı bizdən dəfələrlə çoxdur

– MDB ölkələrində ən gec artım bizdə olub

– Əslində artımın 50% olması nəzərdə tutulurdu, ancaq əhaliyə dəstək məqsədilə cəmisi 33,3% artım oldu – Bu artımdan sonra Ermənistan və İranın mövqeyi daha da zəifləyəcək.

 

Afət Abbasova

Gununsesi.info