Hökumət kənd təsərrüfatına ayrılan xərcləri 27.2 faiz  azaltdı

  • By admin
  • 02 Dekabr 2016 15:20

 

kend

Gələn ilin dövlət büdcəsində “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitinmühafizəsi” bölməsi üzrə 517,4 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

Gununsesi.info Hesablama Palatasının 2017-ci il dövlət büdcəsinin rəyinə istinadən bildirir ki,  2016-cı illə müqayisədə bu sektor üzrə xərclər  24,4% və ya 167,039 milyon manat azalacaq.

Dövlət əsaslı vəsait qoyuluşu üzrə vəsaitlər də nəzərə alınmaqla bu istiqamətdə747,4 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da ÜDM-in 1,2%-nə bərabərdir.Bölmə üzrə xərclərin strukturunda azalma yalnız kənd təsərrüfatı ilə bağlıxərclərdə 179426,1 min manat və ya 27,2%, əsas artım isə ətraf mühitin mühafizəsi iləbağlı xərclərdə 3,4 dəfə nəzərdə tutulub.

İqtisadi təsnifat üzrə bölmə xərclərinə cari ilin sonuna gözlənilən göstəricilərləmüqayisədə əməyin ödənişi və təqaüdlər və sosial müavinətlərlə bağlı xərclərdəmüvafiq olaraq 7,4% və 8,0% artım, digər istiqamətlər üzrə isə azalma proqnozlaşdırılıb.

Qeyd edək ki, ən böyük azalma 64148,8 min manat məbləğində və ya 2,6dəfə olmaqla digər xərclərlə proqnozlaşdırılmış və əsasən birdəfəlik təyinatlı xərclərdə gözlənilir.Qeyd olunmalıdır ki, bölmənin strukturunda dövlət büdcəsindən maliyyələşəntəşkilatların büdcədənkənar xərclərinə 2017-ci ildə cari ilin sonuna gözlənilən göstəriciilə müqayisədə 34,6% çox olmaqla 11805,0 min manat məbləğində vəsait nəzərdətutulub, həmin xərclər digər bölmələrdə olduğu kimi, iqtisadi təsnifatın istiqamətləriüzrə ayrı-ayrılıqda proqnozlaşdırılıb.

Vüsalə Rüstəmova

Gununsesi.info