Hökümət müdafiə xərclərinə nəzarəti gücləndirməlidir - MİLLƏT VƏKİLİ

  • By admin
  • 30 Noyabr 2016 17:44
mudafie
Deputat hərbi sahəyə ayrılan vəsaitlərin xərclənməsində şəffaflığı təmin etmək üçün xüsusi  nəzarətin yaradılmasını təklif edir.
Gununsesi.info xəbər verir ki, belə bir təkliflə millət vəkili Vahid Əhmədov çıxış edib.
Millət vəkili bildirib ki, dövlət büdcəsinin 17 faiz xərcləri  müdafiə sahəsinə yönəldilib və 2017-ci ildə də bu vəsait kəskin artırılıb. “Belə olan şəraitdə bu qədər vəsaitin hara xərcləndiyi və bu maliyyə vəsait üzərində şəffaflığı təmin etmək üçün nəzarət mexanizm yaradılmalıdır”- deyə, millət vəkili bildirib.
V.Əhmədov ümumiyyətlə hüquq-mühafizə orqanlarına ayrılan vəsaitin xərclənməsi üzərində nəzarət edilməsinin vacibliyini dilə gətirərək,  bununla bağlı xüsusi nəzarət mexanizminin hazırlanmasını hökumətə təklif etdi.
Mürtəza
Gununsesi.info