Holandiyada 25 peşəkar futbolçunun öz qarşılaşmaları üçün mərc oynadığı ortaya çıxarıldı

  • By admin
  • 17 Yanvar 2023 13:58

Hollandiyada 25 futbolçunun oynadıqları, ya da komandalarının yer aldığı liqalardakı oyunlar üzrə mərc oynaması ortaya çıxarılıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, adları açıqlanmayan bu futbolçuların 6-sı Holandiya Super Liqasından, 19-u isə Birinci Liqada oynayır.

Hollandiya Futbol Federasiyası olayı təsdiqləyib. Prokurorluq bu hadisəyə uyğun olaraq, həmin oyunçular haqqında təhqiqat başladıb.

Hollandiyanın ictimai yayımçısı NOS-un əldə etdiyi sənədlərə əsasən, mərc oynayan futbolçular Sport Mərcləri Kəşfiyyat Qurumu (SBİU) tərəfindən təsbit edilib.

Məlumatda bildirilir ki, həmin qurum qanunsuz mərclər və ehtimal edilən hiylələrlə bağlı çoxlu sayda bildiriş alıb.

SBİU-ya oyunçuların öz oynadıqları oyunlar və öz komandalarının olduğu liqalar üçün mərc oynadıqları bildirilib. Onlara Holandiya liqalarında top qovan 25 futbolçu olub.

Holandiyada oyunçuların öz qarşılaşmaları ilə bağlı mərc oynaması cinayət sayılır.

Hadisə ilə bağlı Hollandiya Futbol Federasiyası həmin oyunçuların adlarını istəyib.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info