Hollandiya Ukraynaya 500 milyon avro söz verdi

  • By admin
  • 03 Noyabr 2023 17:07

Hollandiyanın müdafiə naziri Kaysa Ollonqren Xarkov və Kiyevə səfərlərindən sonra sursat üçün Ukraynaya 500 milyon avro ayıracağına söz verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Hollandiyanın gündəlik “Het Parool” qəzeti məlumat yayıb.

Ollonqren bildirib ki, vəsait gələn ilin ortalarına qədər ayrılacaq. Onun sözlərinə görə, Ukrayna “biz belə şeylər göndərməkdə davam edəcəyimizi” bilsə, mübarizəni davam etdirə bilər.

“Ukraynalılar istər cəbhə xəttində, istər şəhərdə, istərsə də hökumətdə, hələ də (Rusiyanın genişmiqyaslı işğalının əvvəlində) olduğu kimi döyüşkəndirlər”, – Ollonqren bildirib.

Ollonqren Kiyevə səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

Xatırladaq ki, Ukrayna bu yaxınlarda Hollandiya ilə “təhlükəsizlik zəmanəti” ilə bağlı ikitərəfli danışıqlara başlayıb.