Hollandiyada irqçilər məscidə hücum ediblər

  • By admin
  • 03 Sentyabr 2017 14:52

59ab7eeac0d24
Hollandiyada ifrat sağçı “ID Verzet” hərəkatına aid qrup Venlo şəhərində tikintisi davam edən “Tövhid Məscidi”nin damına və minarəsinə çıxaraq islamofobik ifadələrin olduğu plakat asıblar.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, qrup plakatlarla birgə çəkdirdikləri fotonu sosial mediadan bölüşərək “Məscidi işğal etdik” yazıblar.

Məscidin rəhbəri Əhməd Dursun bölgədə son 30 ildə ilk dəfə belə bir aksiyanın keçirildiyini söyləyib:

“Bu aksiyanı keçirərək müsəlmanları qıcıqlandırmaq istəyirlər, amma biz mübarizəmizə rəsmi yollara əl ataraq davam edəcəyik. Bələdiyyə sədri və nümayəndələri ilə görüşlər keçirdik. Onlar bizim tərəfimizdədirlər. Biz bu hadisələrin bir daha baş verməməsi üçün lazım olan tədbirləri görəcəyik”, – deyə Dursun bildirib.

O, polisin irqçi hərəkəti edənləri yaxaladığını və məscid ətrafında təhlükəsizliyi təmin etdiyini sözlərinə əlavə edib.

 

Gununsesi.info