Karib dənizində okeana düşən kiçik təyyarədə iki qızı ilə birlikdə həlak olan amerikalının məşhur Hollivud aktyoru Kristian Oliver olduğu açıqlanıb.
Gununsesi.info-nun xəbərinə görə, məlum olub ki, Kristian Klepser səhnə adı Kristian Oliver olan məşhur aktyordur. Oliverin bir filmdə birlikdə çalışdığı rejissor Nik Lyon aktyora ünvanladığı mesajda “Rahat yat, dostum” deyib.
3 mart 1972-ci ildə Almaniyada anadan olan Kristian Oliver 2006-cı ildə “Yaxşı Alman” filmində Keyt Blanşett və Corc Kluni ilə birlikdə rol alıb. Oliver 2008-ci ildə “Valkyrie” filmində Tom Kruzla birlikdə çalışıb. Oliver bütün karyerası boyunca filmlərdə və seriallarda rol alıb, eyni zamanda səs aktyoru olub.
Gununsesi.info