Oskar mükafatlı aktrisa Syuzan Sarandon İsrailin həftələrdir davam edən zorakılığına reaksiya verdiyi üçün Hollivudla qarşı-qarşıya gəlib.
Gununsesi.info bildirir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, 77 yaşlı Sarandonun İsraili tənqid etməsindən narahat olan Hollivudun aparıcı idarəetmə şirkəti olan UTA Oskar mükafatlı aktrisa ilə yollarını ayırmaq qərarına gəlib.
Bu qərarın Sarandonun açıqlamalarından sonra verildiyi bildirilib. UTA rəsmisi “New York Post”a bildirib ki, agentlik artıq Sarandonu təmsil etmir.
“Qorxu içindəki yəhudilər indi ABŞ-da müsəlman olmağın necə bir hiss olduğunu başa düşürlər”, – deyə aktrisa bildirib.
Gununsesi.info