Hollivud ulduzu “Betmen” rolundan imtinasının səbəbini açıqladı

  • By admin
  • 19 Fevral 2020 13:20

ABŞ aktyoru Ben Afflek “Betmen” rolundan alkoqolizm probleminə görə imtina edib.

Gununsesi.org “The New York Times”a istinadən xəbər verir ki, bu barədə o özü deyib.

B.Afflek ciddi alkoqol problemləri olduğunu, hətta bu səbəbdən “Betmen” rolundan da imtina etməli olduğunu bildirib.

Hollivud ulduzu spirtli içki düşkünü olmasının onun nəinki karyerasında, eyni zamanda, ailəsində də ciddi problemlər yaratdığını qeyd edib. O, həyat yoldaşı Cennifer Qarnerlə boşandığı üçün peşman olduğunu, bundan utandığını, bu səbəbdən daha çox içməyə başladığını vurğulayıb.

Bundan başqa, Afflek qızları – 14 yaşlı Vaylet, 11 yaşlı Serafin və yeddi yaşlı oğlu Samuelə qarşı da özünü günahkar bilir.

Qeyd edək ki, aktyor “Oyundan kənar” adlı yeni filmində spirtli içki ilə mübarizə aparan basketbol komandasının məşqçisi rolunu canlandırır.

Gununsesi.org