
Hollivud ulduzu Tom Kruzun “Çətin tapşırıq – 6” filminin çəkilişləri zamanı başına iş gəlib.
Gununsesi.info “RİA Novosti”yə istinadla xəbər verir ki, 55 yaşlı aktyor filmin epizodlarının birində hündürlükdən binanın damına tullanmaq istəyərkən divara çırpılıb. Aktyor dizindən xəsarət aldığı üçün çəkilişlərə fasilə verilib.
Həmin filmin 2018-ci ilin iyulunda nümayiş olunacağı gözlənilir.
Gununsesi.info