Məşhur Hollivud ulduzu sonuncu filmini çəkəcək

  • By Mina
  • 16 Aprel 2024 16:24

Usta aktyor və rejissor Klint İstvud çəkəcəyi sonuncu filmi ilə gündəmə gəlib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu yaxınlarda “Cry Macho” (2021) filminin rejissor kürsüsündə əyləşən Hollivudun canlı əfsanəsi son filmini ekranlaşdıracaq.

93 yaşlı usta sənətçi sonuncu ekran işi olan “Juror 2”ni çəkməyə hazırlaşır.

Filmdə bir cinayət işində əli olduğundan şübhələnən münsiflər heyətindən bəhs ediləcək.

Karyerasında “Bağışlanmamış”, “Qran Torino”, “Mistik çay”, “Milyon dollarlıq körpə” kimi bir çox filmə rejissorluq edən İstvudun yeni filmində Nikolas Hoult və Toni Kolletin rol alacağı məlum olub.

Usta aktyor 1993-cü ildə “Unforgiven”, 2005-ci ildə isə “Milyon dollarıq körpə” filminə görə “Oskar” mükafatına layiq görülüb.

Mina

Gununsesi.info