Hollivudda silahlı atışma: Doqquz nəfər xəsarət alıb - VİDEO

ABŞ-nin Florida ştatının Hollivud şəhərində atışma nəticəsində azı doqquz nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, hüquq-mühafizə orqanlarından bildirilib ki, xəsarət alanlar arasında ən azı bir uşaq da var.

İnsidentlə əlaqədar bir nəfər həbs edilib, daha bir nəfərin axtarışları həyata keçirilir.

İlkin araşdırma zamanı məlum olub ki, atışma mübahisə nəticəsində yaranıb.