Hollivudda təxminən 4 aydır davam edən tətilin dayandırılması üçün müvəqqəti razılıq əldə edilib.
Gununsesi.info xəbər verir ki, Aktyorlar İttifaqı (SAG-AFTRA) ilə “Disney” və “Netflix” kimi böyük studiyalar arasında əldə olunan razılaşma ilə tətil dünən axşam başa çatıb. Bildirilib ki, razılaşma aktyorlar üçün daha yüksək maaş və süni intellektdən qorunmağı nəzərdə tutur.
Razılaşmaya əsasən, aktyorların maaşında təxminən 8 faiz artım olacaq. Məşhur istehsallarda iştirak edən aktyorlar mükafatlar alacaqlar.
Tətil səbəbindən yüzlərlə məşhur teleserial və filmin istehsalı dayandırılıb, ABŞ iqtisadiyyatı təxminən 6 milyard dollar zərər çəkib.
Gununsesi.info