“Holokost”un inkarı artıq BMT səviyyəsində təhdid olaraq qəbul edildi

  • By admin
  • 21 Yanvar 2022 19:32

BMT Baş Assambleyası “Holokost”un (1933-45-ci illərdə Hitler Almaniyası tərəfindən yəhudilərin kütləvi surətdə qırılması siyasəti, yəhudi soyqırımı-red.) inkarının qəbuledilməzliyi və antisemitizmlə mübarizə üzrə aktiv tədbirlərin görülməsi” haqqında qətnamə qəbul edib.

Gununsesi.info xarici agentliklərə istinadən xəbər verir ki, bu sənəd yəhudi soyqırımının inkarının beynəlxalq səviyyədə cinayət olaraq tanınması üçün əsas yarada bilər.

HTML tutorial

“Baş Assambleya bununla tarixi faktların inkarı və təhrifi ilə bağlı güclü və birmənalı mövqe ortaya qoyur. Tarixi faktları görməzdən gəlmək onların yenidən təkrarlanması riskini yaradır”,-deyə Almaniyanın BMT-dəki səfiri Antye Landertse bildirib.

Qeyd etmək lazımdır ki, İsrail və Almaniya tərəfindən təqdim olunan layihə BMT-nin 193 üzv-dövlətinin razılığı ilə qəbul olunub.

 

 

Gununsesi.info