Homoseksual Çikaqo meri Trampı ağır söyüşlə biabır etdi

  • By admin
  • 30 May 2020 21:11
Çikaqo meri Lori Laytfut ABŞ prezidenti Donald Trampın  qaradərililərin son etirazları ilə əlaqədar “Tvitter»dəki yazısına görə onu söyüb. Prezident  insanlara atəş açılmasına haqq qazandıraraq yazıb: “talanlar başlayanda atəş başlayır…”
Gununsesi.org bu haqda İsrail mediasına istinadla xəbər verir.
Laytfut  Amerika liderinə yalnız iki sözünün olduğunu söyləyib:
“Birincisi “F»  ilə başlayır,  ikincisi isə “U” ilə sona çatır…” Bu isə ingiliscə ən pis söyüş anlamına gəlir.
Laytfut Amerikanın böyük bir şəhərinin meri kimi fəaliyyət göstərən ilk açıq  gey afro- amerikalıdır.
Xatırladılır ki,  Minneapolisdə həbs olunması zamanı qaradərili Corc Floyd ölüb. Ölümlə nəticələnmiş həbsin videosu etirazların başlamasına və geniş qəzəbə səbəb oldu. Hazırda şəhərdə Milli Qvardiya mövcuddur və fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Tramp bundan əvvəl etirazçılara işarə edərək  “quldurlar qurbanın xatirəsini  təhqir edirlər» yazıb.
Gununsesi.org