Hondadan Azərbaycanla bağlı maraqlı paylaşım – FOTO

“Neftçi”nin yeni futbolçusu Keysuke Honda Azərbaycanla bağlı maraqlı paylaşım edib.

Gununsesi.info xəbər verir ki, dünən Azərbaycan Premyer Liqasının lideri ilə müqavilə bağlayan ulduz oyunçu “Twitter” hesabından Yaponiya izləyicilərinə Azərbaycanın kosmosdan görünüşünü göstərib.

HTML tutorial

Beynəlxalq Kosmik Stansiyanın astronavtı Soiti Noquti yapon futbolçunu “Neftçi”yə keçmək münasibətilə təbrik edib və kosmosdan Bakını görüntüsünü yayıb: “Yeni dünyanda uğurlar!”.

Honda isə cavab olaraq yazıb:

“Kosmosdan xüsusi mesaj aldım. Siz bizim arzumuzsuz”

Gununsesi.info