Honkonq “Made in China” leyblini istəmir

  • By admin
  • 03 Noyabr 2020 20:51

Honkonq rəhbərliyi öz ərazisində istehsal olunan məhsullar üzərindən “Made in China” leyblini sildirmək barədə ABŞ ilə məsləhətləşmələr aparmaq üçün Ümumdünya Ticarət Təşkilatı qarşısında məsələ qaldırıb.

Guununsesi.info xəbər verir ki, müvafiq sorğu bu gün təşkilatın üzv dövlətlərinə göndərilib.

Hələ bu il avqustun 11-də ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi (CBP) ölkəyə ixrac olunacaq Honkonq məhsulları üzərində “Made in China” leyblinin olmasının vacibliyini bildirmişdi. Bu addım Çinin xüsusi muxtariyyət statusuna malik Honkonqun güzəştli statusunun ABŞ tərəfindən ləğv edilməsi ilə bağlıdır.

Qeyd edək ki, mövcud qaydaya əsasən, verilən sorğuya dair məsləhətləşmələr 60 gün ərzində məsələnin həllinə gətirib çıxarmasa, mübahisə təşkilatın Arbitraj Məhkəməsinə çıxarıla bilər.

 

 

Guununsesi.info