Hörmüz boğazı bağlandı

  • Müəllif: Firuzə
  • 03 Mart 2026 09:37

“ABŞ və İsrailin hücumlarına cavab olaraq Hörmüz boğazı bağlanıb və onu keçməyə cəhd edən gəmilərə hücum ediləcək”.

Gununsesi.info xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) baş komandanının müşaviri, briqada generalı İbrahim Cəbbari bəyan edib.

İran dövlət televiziyasında çıxışında o bildirib:“Neft kəmərlərinə də zərbələr endiriləcək, bölgədən bir damla belə neftin çıxmasına icazə verilməyəcək”.

Gununsesi.info