“Əgər İran tərəfi müəyyən rüsumlar qarşılığında gəmilərin keçidinə icazə versə belə, ABŞ həmin gəmilərin Hörmüz boğazından giriş və çıxışına mane ola bilər”.
Gununsesi.info bildirir ki, bunu deputat Tural Gəncəliyev saytımıza açıqlamasında deyib:

“Bu isə ciddi və təhlükəli insident hesab olunur.
Hazırda beynəlxalq hüquq normalarının, o cümlədən dəniz hüququ qaydalarının tam işləmədiyi iddia edilir.
Buna baxmayaraq, qeyd etmək lazımdır ki, beynəlxalq dəniz hüququna əsasən Hörmüz boğazı beynəlxalq keçid yolu sayılır və beynəlxalq sular statusuna malikdir. Bu qayda münaqişə vəziyyətindən əvvəlki dövrə aiddir”.
Günay












