“Hörümçək” sözünün orfoqrafiya lüğətinə salınmamasına RƏY VERƏNLƏR

  • By admin
  • 18 Yanvar 2022 13:03

“Azərbaycan dilinin orfoqrafiya lüğətində (yenidən işlənmiş) “hörümçək” sözünün verilməməsi etirazla qarşılanıb. Bu, texniki qüsur kimi qəbul edilməlidir”.

Bu barədə Modern.az-a Nəsimi adına Dilçilik İnstitutundan bildirilib.

“Akademik İsa Həbibbəyli lüğətin nə tərtibçisi, nə redaktoru, nə də rəyçisidir. Onun adının hallandırılması məqsədli xarakter daşıyır. Lüğətin elmi redaktoru akademik Möhsün Nağısoylu, məsul redaktorları filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, filologiya elmləri doktoru Nəriman Seyidəliyev, rəyçiləri filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Kazımov, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Əliyeva və mərhum professor Buludxan Xəlilovdur”.

Qeyd edək ki, son orfoqrafiya lüğətindən “hörümçək” sözü çıxarılaraq, yerinə “spayder” sözünün salınması geniş müzakirələrə səbəb olub.

Gununsesi.info