Hoteldə 25 yaşlı oğlanın meyiti tapıldı

Bakıda hoteldə meyit tapılıb.

Gununsesi.info-nun məlumatına görə, hadisə ötən gün paytaxtın Yasamal rayonunun Ə.Haqverdiyev küçəsində yerləşən “Jade” hotelində baş verib.

Şəhər sakini 2001-ci il təvəllüdlü İ.Kərimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info