Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

13 Dekabr 2017

18 Noyabr 2017 - 11:50

Hövsanda avtomobillərin ehtiyat hissələrini oğurlayan dəstə zərərsizləşdirilib- FOTOLAR

Suraxanı Rayon Polis İdarəsi (RPİ) 30-cu Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən Hövsan qəsəbəsində avtomobillərin ehtiyat hissələrini oğurlayan şəxslərə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də Suraxanı rayonunun Hövsan qəsəbəsində Səfər Rəşidova məxsus “VAZ-2103” markalı avtomobildən akkumulyator oğurlamağa cəhd göstərən paytaxt sakinləri Nicat Məmmədov, Samir Rəhimov, Lerik rayon sakini Elmir Qasımov və Cəlilabad rayon sakini Nuran Həmidov saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Araşdırma zamanı onların noyabrın 8-dən 12-dək olan müddətdə daha 4 avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilib. Saxlanılan şəxslər oğurladıqları ehtiyat hissələrini paytaxt ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə dəyərindən aşağı qiymətə satdıqlarını və əldə etdikləri gəliri aralarında böldüklərini bildiriblər.
Qeyd edilən faktlarla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Gununsesi.info





loading...