Hövsanda döyülən kişini Türkanda evinin qabağına atdılar

  • By admin
  • 28 İyul 2020 09:30

Bakının Suraxanı rayonunda döyülmə hadisəsi baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

1976-cı il təvəllüdlü Adıgözəlov Famil Əzizağa oğlu içkili vəziyyətdə naməlum şəxslərin ünvanına qeyri-etik ifadələr işlədib.

Onu Hövsan qəsəbəsində küt alətlə döyərək Türkan qəsəbəsindəki evinin qarşısına atıblar.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Gununsesi.info