HDP sədri Dəmirtaşdan Kılıçdaroğluna dəstək

  • By arzu
  • 22 Fevral 2023 17:29

Türkiyədə PKK Terror Təşkilatı ilə əlaqəsi ilə bilinən HDP-nin həbsdə olan başçısı Səlahətdin Dəmirtaş özünün sosial media hesabında CHP (Cümhuriyyət Halk partisi) sədri Kamal bəy Kılıçdaroğluna dəstək verən mesaj paylaşıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, HDP (Halkların Demokrasisi Partisi) sədri öz paylaşımında “Yürü, bay Kemal” yazaraq onun namizədliyinə dəstək olmağa bənzər yazı yazıb.

HTML tutorial

Dəmirtaş Türkiyənin bir an öncə seçkilərə getməsinin gərəkliliyini bildirərək bu yazını paylaşıb:

“Yürü, Əmək və Azadlıq İttifaqı!

Yürü Sosialist Güc Birliyi!

Yürü Millət İttifaqı!

Yürü bay Kamal”

Yan-yana yürüyün

Birləşdirin, barışdırın və yenidən inşa edək, yıxılan bu ölkəni!

Başqa çarəmiz yoxdur, bacaracağıq!

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info